01.06.2021

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin müdiri Amil Qurbanov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gəncə Regional Ombudsman İdarəsinin əməkdaşı Xəyal Alıverdiyev, Şəhid övladları və UGİM-nin dərnək üzvləri iştirak ediblər.

Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Tədbirdə dərnək üzvləri mahnılar səsləndirib, şeirlər söyləyib və müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək şagirdləri təbrik edib. A.Qədiməliyev  uşaqlara yaxşı təhsil, sağlamlıq və gözəl gələcək arzulayıb. O, 44 günlük Vətən Müharibəsi zamanı Şəhid olan şagirdlərimizi anıb, Vətən uğrunda canından keçən Şəhidləri böyük ehtiramla yad edib.


Açar sözlər: ,  ,