07.06.2021

14 məktəblimiz olimpiada qalibidir

2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən,  Gəncə şəhəri üzrə 14 nəfər məktəbli qalib olub. Olimpiadada Gəncə şəhəri üzrə 3 nəfər qızıl, 2 nəfər gümüş, 9 nəfər bürünc olmaqla ümumillikdə 14 medal əldə edilib.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Onu da qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.


Açar sözlər: ,  ,  ,