Bir millət, iki dövlət olan Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının kökləri daha qədimdir. Tarixə nəzər salsaq, görərik ki, hələ üzdəniraq qonşularımızın ilk düşmənçilik qığılcımlarının yarandığı dövrdən bu günə qədər həmişə Türkiyə Azərbaycanın yanında olmuşdur.
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında sıx, möhkəm əməkdaşlıq istər geosiyası, istərsə də geoiqtisadi münasibətlərin inkişafında özünü daha çox büruzə verir. Biz Türkiyənin Azərbaycana qarşı qayğısını 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək baş vermiş Vətən müharibəsində önəmli surətdə daha çox hiss etdik. Hal-hazırda bu ölkələr arasında elə sahə yoxdur ki, əməkdaşlıq edilməsin. İki qardaş ölkə arasında münasibətlərin yaradılmasında Ümummilli Lider, böyük siyasətçi, ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Bu siyasətin nəticəsində gələcək nəsillər də öz addımlarını bu müttəfiqliyə, qardaşlığa uyğun atmalıdırlar. İstər təhsil sahəsində, istərsə də digər sahələrdə olan əməkdaşlıq da bunun bariz nümunəsidir. Türkiyənin dövlətimizə verdiyi dəstək məni – eləcə də bütün Azərbaycan xalqını qürurlandırır. 44 günlük Vətən müharibəsi Azərbaycanın bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoyuldu. Türkiyənin Azərbaycana verdiyi dəstək siyasi və mənəvi cəhətdən bir Azərbaycan vətəndaşı olaraq məni də çox sevindirir, qürurlandırır. Bu, iki xalqın birliyinin, qardaşlığının təzahürüdür. Mən bir Azərbaycanlı olmağımla, mənfur düşmənə ulu öndərin layiqli davamçısı olan Ilham Əliyevin “Dəmir yumruq” la zərbə endirib, “Qarabağ Azərbaycandır” – deməsi ilə fəxr edirəm. Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycan xalqının kədərini öz kədərləri, sevincini öz sevincləri hesab etmişdir. Bu bizə göstərilən böyük ehtiram və qayğıdır. Biz bu qayğını dəfələrlə hiss etmişik. Xüsusi ilə də Vətən müharibəsində R.T.Ərdoğan siyasəti də bunu bir daha sübut etdi. Bu gün Azərbaycan dünyaya inteqrasiya edərək siyasi arenada öz sözünü deyən ölkədir.
Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!
Qoy, bu qardaşlığın təməli möhkəm olsun, onu heç bir mənfur qüvvə sarsıtmasın.
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədova Məlahət Şahin qızı