14.06.2021

Anar Qədiməliyev “Son zəng” tədbirində iştirak edib

İyunun 14-də Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəb rəhbərliyi, məhdud sayda müəllimlər və məzunlar iştirak ediblər.

 

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

 

 

“Son zəng” tədbirində tədris ili ərzində fərqlənən şagirdlər təltif edilib.


Açar sözlər: ,  ,  ,