Bu gün Gəncə şəhər ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
Tədbirlər məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 (bir) saatdan artıq olmamaqla, yalnız ümumtəhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilib. “Son zəng” tədbirlərində tədris ili ərzində fərqlənən şagirdlər təltif edilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX siniflərini 3664 nəfər, XI siniflərini isə 2548 nəfər şagird bitirir. 2020-2021-ci tədris ilində şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 162 məktəbəhazırlıq qrupunu 3178 nəfər uşaq başa vurub.
Məzunlarımızı təbrik edirik!