"Bizim şagird" rubrikasının budəfəki qonağı Gəncə şəhər İ.Məmmədov adına fizika, riyaziyyat və informatika təmayüllü 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ülkər Çobanovadır.
Ülkərin 2015-ci ildə ingilis dilində yazdığı məqaləsi "Healthy Life" jurnalı nəşr olunub.
2015-2016-cı illərdə UNESCO-nun təşkil etdiyi beynəlxalq "GoiPeace" inşa müsabiqəsində təltif olunan istedadlı şagirdimiz, 2017-ci ildə "Polyglot" dil bilikləri yarışmasında III yerə layiq görülüb.
2018-ci ildə "Project based Learning" layihəsinin qalibi olan Ülkər 2019-cu ildə "Little Voice Azerbaijan"-ın ölkə üzrə seçdiyi 16 natiqdən biri olub. O, 2020-ci ildə Polşada keçirilən "Beynəlxalq Məhkəmə Modeli" layihəsinin təqaüd qaliblərindən biri olub. 2020-ci ildə Gürcüstanda təşkil olunan "Avropa Yay Məktəbi" layihəsinin qalibi olan şagirdimiz 2021-ci ildə Fizika Fənn Olimpiadasından 2-ci mərhələyə keçid qazanıb. "Fibonacci" intellektual oyunudan komanda ilə Respublika üzrə I yer, "Milli Dəyərlərimiz" intellektual oyununda III yerə layiq görülüblər. Bundan başqa Ülkər IX sinfi fərqlənmə attestatı ilə bitirən şagirdlərdəndir.
Ülkərə uğurlar arzulayırıq.