09.07.2021

240 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX və XI sinfini bitirən məzunlar üçün attestatlar məktəb rəhbərlərinə təqdim edilib.

 

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 240 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. Belə ki, onlardan 134 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 106 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

 

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

 

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,  ,