Şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat.
Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 03.08. 2021-ci il tarixdən, 18.08.2021-ci il tarixədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər. Məktəbin direktoru məsələni araşdırır, uyğun olduğu halda iki iş günü ərzində məktəbin məsul əməkdaşı tərəfindən şagird "Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS)" 10-cu sinfə qəbulu qeyd edilir. Şagirdin X sinfə qəbulu uyğun hesab edilmədikdə ona səbəblər göstərilməklə rəsmi cavab məktubu göndərilir.
Şagird ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmaq istəyirsə bu halda valideyn (qanuni nümayəndə) tərəfindən 25.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) X sinfə qəbul üçün seçdiyi məktəbə sorğu verilməlidir. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınmalıdır.