23.08.2021

“Tarixi qələbə” rəsm müsabiqəsinə qeydiyyat davam edir

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə müraciətlərin qəbulu davam edir. 

 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri üçün nəzərdə tutulan müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:

 

I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir;

 

II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.

 

Müsabiqə üzrə şərtlər aşağıdakılardır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- İşlənmə texnikası sərbəstdir;

- Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.

 

Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq:

(+994) 55-994-57-86

(+994) 12-372-72-63

 

Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.