Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığıyla "Uğurlu məzunlar" adlı onlayn tədbir keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin iştirakıyla keçirilən tədbirdə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Ülfət Maçanov, "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, "Zeferoğlu" inşaat şirkətinin qurucusu Zəfər Məmmədov, "Superfon" şirkətinin rəhbəri Sərxan Quliyev, Azərbaycan Diplomatik Akademiyasının müəllimi Rəşad İbadov, Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı Fariz Əhmədov, "Purdue" Universitetinin doktorantı Sərxan Bədirli, "Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu"nun tələbəsi (Korean Advanced Institute of Science and Technology) Mirəli Əhmədli iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd Gəncə təhsilinin "Uğurlu məzunlar"ının təhsilin inkişaf aspektinə uyğun olaraq yeni layihələrin və ideyaların icra olunmasında yaxından iştirakını və görüləcək işlərdə ictimai-nəzarətin artırılmasını təmin etməkdən ibarət olub.