27.08.2021

Daxili siyasət sahəsində Mehriban Əliyevanın əsas fəaliyyət istiqamətləri

Tarixən ölkəmizdə qadının yeri  daim xüsusi  önəm daşıyıb. Qadına hörmət, anaya məhəbbət Azərbaycan xalqının mental dəyəridir. Təsadüfi deyil ki,  Şərqdə qadına ilk dəfə seçki hüququ keçən əsrin əvvəllərində  məhz Azərbaycan Xalq Cumhuriyyətində verilib. Bu gün cəmiyyətimizin bu dərəcədə inkişafında qadının rolu danılmazdır. Qadının təhsil alması, dünyagörüşlü olması savadlı şəxsiyyət kimi inkişaf etməsi sadəcə bir nəfərin uğuru deyil,  bir cəmiyyətin uğurudur.

 

Ölkəmizin  günü -gündən inkişaf və tərəqqisində bütün   sahələrdə fəaliyyət göstərən qadınların böyük rolu var. Məhz dövlətimizin daxili inkişafında qadın idarəçiliyinə böyük diqqət göstərilir. Azərbaycan Respublikasının birinci xanımı , Birinci vitse – prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  quruculuq və inkişafyönümlü hərtərəfli  siyasəti muasir Azərbaycanda qadının rolunu dünyada təcəssüm etdirir.

 

Modernləşmə,  müasirləşmə, dunyaya inteqrasiya,  Azərbaycanın milli maraqlarının müdafiə edilməsi Heydər Əliyev Fondunun üzərinə düşən vəzifələrdəndir.  Bu qurum məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə  təhsilin, səhiyyənin ,mədəniyyətin ,incəsənətin,idmanın inkişafına xidmət edən konkret layihələrlə Azərbaycan Respublikasının daxili siyasətində xüsusi yer  tutur. Həyat keçirilən əsas layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən bu  proqram nəticəsində ölkəmizdə yüzlərlə məktəb müasir tələblərə uyğun olaraq təmir olunub.  

 

Sevindirici haldır ki, bu işlə sadəcə  təyin edilmiş məmur deyil,  fəal həyat mövqeyi, bitib tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir qadın məşğul olur. Belelikə, o öz işində iki istiqaməti: Azərbaycanın bütövlükdə humanitar brend kimi dünyada irəliləməsi və sosial mədəni inkişafını uğurla sintezləşdirə bilib.

Müasir Azərbaycanın beynəlxalq nüfuzunun ilbəil artmasında Ulu öndər Heydər Əliyevin quruculuq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sadiq silahdaşı Mehriban xanım Əliyevanın  birgə fəliyyəti ölkəmizin gözəl gələcəyinin qarantıdır.

 

Müəllif: Gəncə şəhər 12 nömrəli tam orta məktəbin direktoru Sevda Həsənova