01.10.2021

Gənc müəllimlərlə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla işə qəbul olunan gənc müəllimlərlə görüş keçirilib.

 

Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın gənc alimi Elnur Həsənov, əməkdar müəllim M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Yeganə Cəmilovna, həmin məktəb-liseyin ingilis dili müəllimi Leyla Camalzadə, məktəb direktorları və gənc müəllimlər iştirak ediblər.

 

Görüşdə gənc müəllimlərin tədris prosesinə adaptasiyası, şagirdlərin dərslərə cəlb edilməsi, müvafiq təcrübə və digər məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,