Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin peyvənd olunmaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə GŞTİ-nin müdiri Anar Qədiməliyev, Gəncə şəhər Səhiyyə İdarəsinin direktor müavini, ilkin səhiyyənin təşkili uzrə rəhbər, Respublikanın əməkdar həkimi Xalidə Sadıqova, ümumtəhsil məktəblərinin direktorları və peyvənd olunmayan təhsil işçiləri iştirak ediblər. Maarifləndirici görüş müddətində Koronavirus (COVİD-19) əleyhinə peyvənd olunmanın vacibliyi, normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakının vacibliyi vurğulanıb.
Məlumat üçün qeyd edək ki, Gəncə şəhər ümumtəhsil məktəblərində çalışan işçilərin 95,5%-i I doza , 90%-dək isə II doza peyvənd olunublar.