5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə onlayn görüş keçirilib. Görüşdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, TİPİM-nin direktoru Nəzakət Mehdiyeva, Millət vəkilləri Müşfiq Cəfərov və Naqif Həmzəyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc alimi Elnur Həsənov və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Görüşdə iştirak edən qonaqlar həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbirdə təhsil sahəsində aparılan islahatlardan, dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb. Ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib, müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulanıb.