5 oktyabr - Müəllimlər Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib, Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsi yad edilib. Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və qazi müəllimlərin birgə iştirak etdiyi tədbirdə Şəhid müəllimlərin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.