Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gənc alim prezident mükafatçısı Elnur Həsənov, Təhsil İdarəsinin əməkdaşları, Samux və Gəncə Şəhər məktəb direktorları, “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı və müəllimlər iştirak ediblər.
Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək layihənin mövzusunun aktuallığından, gənc müəllimlərə verilən dəstəkdən danışıb. Layihə rəhbəri M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Leyla Camalzadə layihə haqqında ətraflı məlumat verərərək görüləcək işlərdən və layihənin nəticəliliyindən bəhs edib.
Daha sonra layihənin ekspert və təlimçisi həyata keçiriləcək görüş və təlimlər barədə ətraflı məlumat veriblər. Məlumat üçün qeyd edək ki, layihənin məqsədi məktəblilərdə sağlam psixoloji ruhun formalaşmasını təmin etmək və qarşılaşdıqları çətinliklər zamanı daha optimal çıxış yolları tapmalarına kömək etməkdən ibarətdir.