Türkiyə və Azərbaycan Respublikalarının təhsil sahəsində iş birliyi protokoluna əsasən Türkiyə Respublikasının İzmir şəhərində keçirilən "Təhsil idarəçilərinin inkişafı" seminarında Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru Elnur Qasımov və M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev iştirak edib.
İki həftə davam edən təlimlərdə İzmir Milli Eğitim müdirliyinin rəhbər heyəti ilə yanaşı, direktor və universitet müəllimləri ilə görüşlər keçirilib və qarşılıqlı müzakirələr aparılıb. Seminarın son günündə İzmir Milli Eğitim Müdiri Murat Mücahit Yentür tərəfindən seminar iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Təlim iki həftə davam edib. İki həftəlik proqram çərçivəsində təlim iştirakçılarına "Münaqişələrin həlli", "Müzakirə", "Problemlərin həlli", "Ünsiyyət bacarıqları", "Böhran və böhran idarəçiliyi", "Sağlamlıq və təhlükəsizlik", "Təlim liderliyi" və s. kimi mövzular keçirilib.