26.10.2021

Şagirdlər arasında olimpiada keçirilib

Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənlərindən olimpiada keçirilib.

 

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən VII və VIII sinif şagirdlərinin iştirakı ilə Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənnlərindən olimpiadanın məktəb mərhələsi keçirilib.

 

Olimpiadanın keçirilməsində məqsəd Vətən müharibəsində canlarını fəda  edən müəllimlərimizin əziz xatirəsini yad etməkdən ibarətdir.

 

Olimpiada riyaziyyat fənnindən VII, tarix fənnindən isə VIII siniflər üzrə həyata keçirilib.

 

Məlumat üçün qeyd edək ki, olimpiadanın şəhər mərhələsi 30 oktyabr tarixində keçiriləcək.


Açar sözlər: ,