Şəhid müəllim Rabil İsmayılovun xatirəsinə anım tədbiri keçirilib.
Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə Şəhid müəllim Rabil İsmayılovun xatirəsinə anım tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) müdiri Anar Qədiməliyev, Şəhid müəllim Rabil İsmayılovun ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Anım tədbirində çıxış edən GŞTİ-nin müdiri Anar Qədiməliyev Rabil İsmayılovun əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, Şəhid ailələrinə daim diqqət və qayğı göstərildiyini bildirib. Gənclərin vətənpərvər ruhda yetişməsində məktəblərin, müəllimlərin rolundan danışıb.
Tədbirdə şagirdlər müxtəlif kompozisiyalar və musiqi nömrələri ilə çıxış ediblər.