02.11.2021

Zəfər Günü ilə bağlı məktəblərarası voleybol və basketbol yarışları keçirilib

Zəfər Günü ilə bağlı məktəblərarası voleybol və basketbol yarışları keçirilib.

 

Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Zəfər Günü ilə bağlı voleybol və basketbol yarışları keçirilib. Yarışda voleybol idman növü üzrə 37, basketbol idman növü üzrə isə 42 məktəb iştirak edib.

 

Basketbol idman növü üzrə A.Nekrasov adına 19 nömrəli, voleybol idman növü üzrə isə M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb.

 

Məlumat üçün bildirək ki, GŞTİ və idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.


Açar sözlər: ,  ,