04.11.2021

"Zəfər Sevinci" 

Gəncə şəhər 32 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Uşaq-Gənclər İnkişaf Mərkəzində "Zəfər Sevinci" adlı tədbir keçirilib.

 

Tədbirdə AMEA-nın üzvü, gənc alim, Prezident mükafatçısı Elnur Həsənov, Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, Azərbaycan Respublikası "Qarabağ Əlilləri və Veteranları " İctimai Birliyinin Gəncə şəhər şöbəsinin nümayəndələri, qazilər, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir müddətində 32 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif kompozisiyalar nümayiş etdirib, şeir və mahnı nümunələri səsləndiriblər.


Açar sözlər: ,  ,  ,