04.11.2021

"Zəfər Yolu" Xəmsə Milli İntellektual oyunu keçirilib

Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbdə "Zəfər Yolu" Xəmsə Milli İntellektual oyunu keçirilib.

 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra ədəbi-bədii kompozisiya və rəsm sərgisi keçirilib. Vətən müharibəsində Şanlı Ordumuzun keçdiyi Zəfər Yolunu əks etdirən videoçarx izlənilib. Rəsmi hissədən sonra oyunlara start verilib. 2 saat davam edən yarışda I yerə "Xarıbülbül" komandası layiq görülüb. Qaliblər diplomlarla təltif olunublar. 


Açar sözlər: ,  ,  ,