07.11.2021

"Zəfər yolu" adlı tədbir keçirilib

Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin informatika müəllimi Günay Bayramovanın təşkilatçılığı ilə məktəbin Şəhid məzunu Röyal Cəfərovun xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı tədbir keçirilib.

 

Tədbirdə Röyal Cəfərovun keçdiyi rəşadətli döyüş yolu, həmçinin Gəncə şəhərinin mənfur düşmən tərəfindən raket atəşinə tutulma səhnəsi canlandırılıb. Tədbirin gedişatında məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, Şəhidlər böyük ehtiramla yad edilib, 44 günlük Vətən müharibəsində ordumuzun keçdiyi Zəfər yolunu əks etdirən videoçarx izlənilib.


Açar sözlər: ,  ,