"Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan pedaqoji və texniki heyət bu prosesdə kütləvi şəkildə iştirak edir.
Belə ki, təhsil işçilərinin 90%-dən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub. Üçüncü doza (“buster” doza) ilə peyvəndlənmə prosesi isə davam edir.
Bununla belə Koronavirus (COVİD 19) pandemiyasından qorunmaq və peyvəndlənmə prosesi ilə bağlı ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.a