12.11.2021

12 noyabr-Konstitusiya Günü ilə əlaqədar ümumtəhsil məktəblərində tədbirlər keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən 12 noyabr-Konstitusiya Günü ilə əlaqədar  tədbirlər, dəyirmi masalar və dərslər keçirilib.

 

“Müasir Azərbaycan Konstitusiyası”, Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Qanunlarımıza hörmət edək, çünki onlar bizi qoruyur” və digər bu kimi mövzularda keçirilən tədbir, dəyirmi masa və dərslərdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.


Açar sözlər: ,