Gəncə Şəhər Təhsil İdarəsində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikası aparılaraq, bunun əsasında onların xüsusi təhsil müəssisələrinə və ya ümumi təhsil müəssisələrinə cəlb olunması həyata keçirilir.
Buna uyğun olaraq həmin şagirdlərin xəstəliklərindən asılı olaraq dərslər ev şəraitində və ya təhsil müəssisələrində həyata keçirilir. Ümumi və ya xüsusi təhsilə cəlb edilən sağlamlıq imkanı məhdud şagirdlərlə tədris prosesinin təşkilinə Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən nəzarət edilir.