23.11.2021

“Zəfər yolu” inşa müsabiqəsində qalib olan məktəblilərlə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) müdiri Anar Qədiməliyev “Zəfər yolu” inşa müsabiqəsində I və III yerə layiq görülən N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.

 

Görüşdə GŞTİ əməkdaşları, N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru, I və III yerin qalibi olan şagirdlər və onların  fənn müəllimləri iştirak ediblər. GŞTİ müdiri Anar Qədiməliyev şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası barədə məlumatlılığının artırılması əsas məsələlərdən biridir.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.


Açar sözlər: ,  ,