25.11.2021

Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür

Gəncə şəhər ümumtəhsil məktəblərində 25 noyabr Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar tədbirlər keçirilib.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.


Açar sözlər: ,  ,  ,