30.12.2020

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

 

"Zoom" plarforması üzərində onlayn şəkildə keçirilən tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, ADPU-nin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva,  sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev, ADPU-nin məzunu olmuş və hal-hazırda Gəncə şəhər ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər iştirak ediblər. Tədbir Vətənimizin azadlığı və dövlətimizin müstəqilliyinin qorunması uğrunda canından keçən müqəddəs şəhidlərimizin xatirəsini yad etməklə başlanılıb.

 

Tədbirdə çıxış edən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, bu gün uğurlu fəaliyyəti ilə seçilən, nüfuzlu təhsil ocaqlarımızdan olan ADPU-nin qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi işinə öz töhfələrini verir. İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Pedaqoji Universitetin müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

 

Tədbirdə çıxış edən digər qonaqlar Pedaqoji Universitetin ən müasir bilik və bacarıqlara, yüksək milli-əxlaqi dəyərlərə malik müəllim kadrların yetişdirilməsində əvəzsiz rolu olduğunu bildiriblər.


Açar sözlər: ,  ,