Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən "Yetkinlik yaşına çatmayan uşaqların təhsilə cəlb edilməsi" mövzusunda görüş keçirilib.
Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Azər İbrahimov, Gəncə Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlar üzrə profilaktik işin təşkili şöbəsinin müdiri Babək Sadıqov, Polis İdarəsinin əməkdaşları, Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd yetkinlik yaşına çatmayan uşaqların təhsilə cəlb edilməsi ilə bağlı görülən işlər barədə məlumat vermək və bu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir.