Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərlə görüş keçirilib.
“Zoom” platforması üzərində onlayn şəkildə keçirilən görüşün məqsədi sağlamlıq imkanları məhdud uşaqların erkən yaşda müəyyənləşdirilməsi, buna uyğun olaraq profilaktik tədbirlərin vaxtında görülməsi və həmin şagirdlərin valideynlərinin düzgün istiqamətləndirilməsidir.