13.12.2021

Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib

Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında intellektual bilik yarışı keçirilib.

 

Yarışın nəticələrinə əsasən M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin "Zəfər" komandası - I yerə, Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin "Mücrü" komandası II yerə, 17 nömrəli tam orta məktəbin "Nizami" komandası isə III yerə layiq görülüb.

 

Müvafiq yerlərlə təltif olunan komandalar Gəncə Şəhər Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsi tərəfindən kubok və fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,