Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil edib.
Şəmkir rayon Kimya - biologiya təmayüllü liseydə baş tutan forumda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdir müavini İqbal Kərimov, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Eldar Qocayev, Daşkəsən Rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Tovuz Rayon Təhsil Şöbəsi metodkabinetin müdiri İbrahim Həsənov, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, 9 dil bilən poliqlot təlimçi Aslan Məmmədzadə, AGMA-nın regional koordinatorları həmçinin Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən 180-dən çox gənc müəllim iştirak edib.
Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda netvörkinq bacarığı, təqdimat bacarığı və natiqlik, valideynlərlə əməkdaşlıq, sinfin idarə olunması, çətin tərbiyə olunan şagirdlərlə iş mövzularında təlim təşkil edib.
Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikat verilib.