09.12.2021

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması və icra edilməsi ilə bağlı görüş keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması və icra edilməsi ilə bağlı görüş keçirilib.

 

Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları, tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin müvəqqəti icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.

 

Görüşdə mövzu ilə bağlı ətraflı məlumat verilib, müsabiqədə müəyyənləşdirilmiş kateqoriyalar, müsabiqəyə təqdim olunan layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) hazırlanma qaydası və digər məsələlər barədə ətraflı məlumat verilib və görüş iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,  ,