Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən şagirdlərlə görüşüb.
Görüşdə A.Qədiməliyev uşaq hüquqlarının qorunmasının vacibliyini vurğulayıb, uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyət tandeminin rolunun mühüm olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli, İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey, M.Hadi adına 10 nömrəli, N.Aydın adına 18 nömrəli, 31 nömrəli, 32 nömrəli və 42 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.