25.12.2021

Dərnəklərin fəaliyyətinin planlaşdırılması, görülmüş işlərə dair hesabatların hazırlanması və təşkil edilməsinə dair sərgi keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş dərnəklərin fəaliyyətinin planlaşdırılması, görülmüş işlərə dair hesabatların hazırlanması və təşkil edilməsinə dair sərgi keçirilib.

 

Sərgidə Gəncə şəhər 3 nömrəli, 7 nömrəli, A.Nekrasov adına 19 nömrəli, 24 nömrəli, N.Nərimanov adına 25 nömrəli, 28 nömrəli, 30 nömrəli, M.C.Paşayev adına 39 nömrəli, M.Şəhriyar adına 40 nömrəli, 42 nömrəli tam orta məktəblər və İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdləri həmin məktəblərdə fəaliyyət göstərən dərnəklərdən kompozisiyalar nümayiş etdiriblər.

 

Sərgidə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

 

Məlumat üçün qeyd edək ki, ümumtəhsil məktəblərində fəaliyyət göstərən dərnəklərin fəaliyyətinin əsas məqsədi şagirdlərin hərtərəfli inkişafı və asudə vaxtlarının düzgün dəyərləndirilməsidir.


Açar sözlər: ,