Sərgidə M.Mehdizadə adına 4 nömrəli məktəb-lisey, M.Ə.Sabir adına 5 nömrəli, M.Hadi adına 10 nömrəli, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb, 26 nömrəli məktəb-lisey və Gəncə şəhər fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri iştirak ediblər.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev sərgiyə baxış keçirərək, hazırlanan nümunələrlə tanış olub. A.Qədiməliyev bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.