Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə "Müasir dünyada ixtisaslaşma: perspektivler ve problemler" adlı görüş keçirilib.
Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, "ADA" Universitetinin Hüquq proqramının direktoru, hüquq elmləri üzrə baş müəllimi Rəşad İbadov və ümumtəhsil məktəblərinin X sinif şagirdləri iştirak ediblər.
Görüşdə düzgün ixtisas seçimi, vacib hesab olunan peşə sahələri, şagirdlərin İKT bilik və bacarıqlarının təkmilləşməsi və digər mövzularda məlumat verilib. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.