2021-ci ilin yekunları, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif edilib.
Təltifetmədə mərasimində çıxış edənlər şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.