29.12.2021

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları təşəkkürnamə ilə təltif ediliblər

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları Elvira Şükürova və Sadiq Babayev təcrübə proqramı dövründə peşəkarlıq nümayiş etdirdiklərinə və üzərlərinə düşən öhdəlikləri keyfiyyətlə yerinə yetirdiklərini görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif ediliblər.

 

Təltifetmə mərasimində Təhsil Nazirliyinin əməkdaşları təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıblar. Təltif olunmuş təhsil işçiləri onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərinə əminliklərini  ifadə ediblər.


Açar sözlər: ,  ,