13.01.2022

GŞTİ-nin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib.

 

“Zoom” platforması üzərindən onlayn şəkildə keçirilən görüşdə IX sinif buraxılış imtahanları barədə danışılıb, məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu bildirilib, qarşıda duran vəzifələr barədə məlumat verilib.

 

Qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə mütəmadi olaraq görüşlər keçirilir.


Açar sözlər: ,  ,