Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, konfrans, seminar, mühazirə və "dəyirmi masa"lar da keçirilib.
Tədbirlərdə diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, tarixi hadisələrə dair məlumatlılıq səviyyəsini yüksəltməkdir