Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinin iştirakı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" ilə əlaqədar görüş keçirilib.
Görüşdə şagirdlərə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və nüfuzlu xarici ali təhsil müəssisələri arasında olan beynəlxalq ikili diplom proqramı barədə məlumat verilib.
Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədlərindən biri ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxxəsislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.