29.01.2021

“Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən “Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb.


Müsabiqədə ümumtəhsil məktəbləri tərəfindən təqdim edilən 44 videotəqdimat izlənilib və müəyyənləşdirilmiş meyarlar üzrə seçim aparılıb.


Qeyd edək ki, müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”nda bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.


Açar sözlər: ,