Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Heç bir uşaq təhsildən qalmasın" layihəsi çərçivəsində M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərginin sonunda fəal şagirdlərə sertifikat təqdim edilib.
Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, onların potensial imkanlarının aşkarlanması və inkişaf etdirilməsi, belə şagirdlərin həvəsləndirilməsi üçün dəstəkləyici mühitin yaradılmasıdır.