Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə 2 Fevral - Gənclər Gününə həsr edilmiş "Nə? Harada? Nə zaman?" oyunu keçirilib.
Oyunda Gəncə şəhər ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər. 45 ümumtəhsil məktəbindən 9 komanda şəklində keçirilən oyunun məqsədi müəllimlərin dünyagörüşünün stimullaşdırması, ünsiyyət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Oyunda I yerə "Dahilər" komandası, II yerə "Zəfər yolu" komandası, III yerə isə "Xəmsə" komandası layiq görülüb. Qalib komandalar diplom, medal və hədiyyə ilə təltif ediliblər.