07.02.2022

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə dərsdinləmələr həyata keçirilir

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə dərsdinləmələr həyata keçirilir. Qabaqcıl təcrübəyə malik fənn müəllimlərinin tədris etdiyi dərsləri ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər və Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları dinləyir.

 

Dərsdinləmələrin sonunda fikir mübadiləsi aparılır, gənc müəllimləri maraqlandıran suallar cavablandırılır. Qeyd edək ki, dərsdinləmələr müxtəlif fənnlər üzrə olmaqla mütəmadi şəkildə həyata keçiriləcək.


Açar sözlər: ,