18.02.2022

Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş esse yazı müsabiqəsi

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş esse yazı müsabiqəsi keçiriləcək.

 

Esse yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

 

Müsabiqədə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Həmin siniflərdə Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərin Xocalı Soyqırımı barədə esse nümunələrini ingilis dilində, rus bölməsi üzrə X-XI siniflərdə təhsil alan şagirdlərin isə Azərbaycan dilində yazmaları tələb olunur.

 

Təqdim olunan esse materialları münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirildikdən sonra hər bir bölmə üzrə 1 nəfər qalib elan ediləcəkdir.

 

Qeyd: Esse yazı nümunələri 24 fevral 2022-ci il tarixinədək Musabiqe@ganja-sti.edu.az elektron poçt ünvanına göndərilməlidir. Yazı nümunələri elektron qaydada (Word proqramında, şrift – Arial 12) yazılmalı, 600 sözdən çox olmamalı, ədəbi dilin normalarına (fonetik, leksik və qrammatik) uyğun olmalıdır. Esse nümunələri 100 ballıq şkala ilə qiymətləndiriləcək, 50 bal qeyd olunan mövzunun əhatəliliyinə, 50 bal isə yuxarıda qeyd olunan digər meyarlara uyğun nəzərə alınacaqdır.

 


Açar sözlər: ,  ,