25.02.2022

“Xocalı soyqırımı şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Müsabiqənin 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17) GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə həyata keçirilib.

 

Müsabiqədə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilib,  I, II, III yerlər müəyyənləşdirilərək şagirdlər hədiyyə və  təşşəkürnamə ilə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,