Gəncə Şəhər Təhsil İdarəsinin dəstəyi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalını unutmadıq, unutmayacağıq” adlı tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, UGİM-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbir UGİM-nin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxışla başlayıb. Daha sonra mərkəzin dərnək üzvləri soyqırıma aid müxtəlif kompozisiyalarla çıxış ediblər.